AZ

Nəsib Nur "ATV"də veriliş aparacaq?

Aparıcı Nəsib Nurun ATV televiziyasında veriliş aparacağı iddia edilib. Pravda.az xəbər verir ki, Azxeber.com bununla bağlı aparıcı ilə əlaqə saxlayıb. Xəbəri nə təsdiq, nə də inkar edən aparıcı bu fikirləri səsləndirib:

 

"Yeni layihələr üzərində çalışırıq. Mən bu yayılan xəbər haqda hələ ki, bir açıqlama verə bilmərəm. Ola da bilər, olmaya da bilər.  Zamanla hər şeyi biləcəksiniz. Yaxşısı budur ki, siz Kənan Bayramovla danışın. O, lazım bilsə, sizə bu haqda məlumat verəcək".

 

Yayılan iddialar ilə bağlı sualları cavablandıran prodüser Kənan Bayramov isə  "Layihələr üzərində çalışırıq. Dəqiqləşmiş bir iş hələ ki, yoxdur" deyə bildirib.

 

Xatırladaq ki, bir neçə gün öncə aparıcı Nanə Ağamalıyevanın ATV telekanalı ilə yollarını ayırdığı, yeni mövsümdən "Xəzər" kanalında fəaliyyət göstərəcəyi xəbəri yayılmışdı. Elə bu səbəbdən də onun yerinə Nəsib Nurun gələcəyi iddia edilib.

Tarix: 26 İyul 2024, 16:22   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
pravda.az

1Mənbələr