AZ

Rəşad Sadıqov axtarışdadır, xəbəriniz olsun ki... VİDEO

“Etiraf edək ki, “Zirə” indi daha fərqli görsənir.

Xüsusilə edilən transferlər fonunda hücum xəttinin güclənməsi Rəşad Sadıqova da əlavə seçim imkanları verir.

“DAK” üzərindəki darmadağınla bir daha göründü ki, hücum fazasında komanda say baxımından çoxaldqıda, faydalı iş əmsalı da çox yüksəlir”.

Bu açıqlama “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.

Tanınmış jurnalist Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçirilən “Zirə” – “DAK” matçına toxunub, “qartallar”ın qazandığı 4:0 hesablı qalibiyyətin futbolçulara əlavə motivasiya verəcəyini deyib.

Xüsusilə vurğulayıb ki, slovakiyalılarla matça “Zirə” daha intizamlı göründü, mərkəzdə qurduğu basqı ilə qazanılan topları tez bir zamanda hücum fazasına çatdırmağı bacardı.

Başqa sözlə, Rəşad Sadıqov şansız Avroliqa startından sonra komandasını qısa zaman kəsiyində toparlaya bilib.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
sportinfo.az

1Mənbələr