AZ

Çempionlar Liqasının finalında meydana çıxmış tərəfdara cəza

2023/2024-cü illər mövsümü Çempionlar Liqasının finalında qaçaraq meydana çıxmış azarkeş cərimələnib və cəzalanıb.

Arena.az bu barədə BBC-yə istinadən məlumat verir.

Xatırladaq ki, 2023/2024-cü illər mövsümü Çempionlar Liqasının Londonun “Uembli” stadionunda keçirilmiş Borussiya (Dortmund) – “Real” oyununda (0:2), “Mellstroy” yazılı köynəklə qaçıb meydana çıxmış azarkeş 6 ay şərti cəzaya məhkum edilib. Həmçinin təqsirkar məhkəmə xərclərini də ödəməyə mükəlləf edilib.

Mənbənin məlumatına görə, təqsirləndirilən 16 yaşlı şəxs futbolla maraqlanmadığını və heç vaxt futbol oyunlarına getmədiyini bildirib.

Məhkəmə, “Mellstroy” ləqəbli belarus bloqer Andrey Burimin gəncə təsirini müəyyən etdiyi üçün təqsirləndirilən şəxsə şərti cəza təyin edib:

“Mən həqiqətən qeydə edərdim ki, gənclər çox vaxt bu sosial şəbəkələrin nüfuzlu simalarından təsirlənirlər. Ümidvaram ki, siz müvafiq davranışa yol verməklə, dəyərli dərs aldınız”, – BBC məhkəmə hakimin sözlərindən sitat gətirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
arena.az

1Mənbələr