AZ

Fransada "EuroAirport" təhlükəsizlik səbəbi ilə təxliyyə edildi

Fransada yerləşən "Bazel-Mülhauz” hava limanı (EuroAirport) təxliyə edilib. Uçuşlar dayandırılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "EuroAirport” X hesabında məlumat yayıb.

"Təhlükəsizlik səbəbindən terminal təxliyyə edildi və indi uçuşlar müvəqqəti olaraq dayandırılıb", deyə "EuroAirport"dan bildirilib.

Hazırda təxliyyənin səbəbləri açıqlanmır.

Xatırladaq ki, bu gün Fransada dəmir yolunun işində geniş miqyaslı problemlər yaranıb. Hakimiyyət təxribat ehtimalının olduğunu bildirir.

Nizami Bağırov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
qaynarinfo.az

1Mənbələr