AZ

ANAMA sığorta xidmətlərinə 1,5 milyon manatdan çox vəsait xərcləyəcək

Minatəmizləmə Agentliyi işçilərin könüllü tibbi və fərdi qəza sığortası xidmətlərinin satın alınması xidmətlərinə 1.595.000 AZN vəsait xərcləyəcək. Bu barədə tenderlərlə bağlı rəsmi elan saytında məlumat yerləşdirilib. 
 
Tenderin qalibi Qala Sığorta ASC-dir. 
 
Qala Sığorta 1999-cu ildən fəaliyyət göstərir. 
 
Şirkətin nizamnamə kapitalı isə 10017788.00 AZN təşkil edir. 
 
Hesablamaya görə Qarabağda minaların təmizlənməsi üçün Azərbaycana 25 milyard dollara yaxın vəsait lazımdır. Beynəlxalq təşkilatlardan minaların təmizlənməsinə yalnız 4%  dəstək göstərilib. Azərbaycan 95% prosesi öz maliyyə hesabına edir. 
 
2023-cü ilin martın 17-də baş nazir Əli Əsədov Milli Məclisdə hökumətin hesabatında çıxışında bildirib ki, hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.
 
Azərbaycan hazırda minaların yerləşdirilməsinə görə dünyada ilk 10-luqda yer alan ölkələrdəndir. 
 
Gülnar Nazimqızı 




 
Gülnar 

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
anews.az

1Mənbələr