AZ

Alessandro Bastoninin agenti: “İnter ən yaxşı oyunçularını satmır”

“İnter”in italyan mərkəz müdafiəçisi Alessandro Bastoninin agenti futbolçuya Avropanın aparıcı klublarının marağı haqda danışıb.

Arena.az “Sky Sports” dərgisinə istinadən, Bastoninin agentinin bu barədə məlumatını təqdim edir:

“Bir neçə il əvvəl “Mançester Siti” Bastoni ilə maraqlanırdı, bu yaxınlarda isə “Real” da eynisini nümayiş etdirdi. “İnter” qalib gəlmək istəyir və Bastoni kimi ən yaxşı oyunçularını satmaq niyyətində deyil”, deyə futbolçunun nümayəndəsi vurğulayıb.

Alessandro Bastoni “Atalanta”nın yetirməsidir. “İnter” Bastonini 2017-ci ilin avqustunda 31,10 milyon avro məbləğ müqabilndə Berqamo klubundan tamhüquqlu transfer əsasında heyətinə qatıb. “Neradzurri” italyan müdafiəçini bir müddət elə, “Atalanta” və “Parma”ya icarəyə verib. 2019-cu ilin iyun ayının sonunda “İnter”ə qayıtmış Bastoni o vaxtdan “İnter”in uğurları üçün çalışır. Bastoninin “İnter”lə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə Bastoni “İnter”in heyətində bütün yarışlarda 37 oyuna 1 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib. Bastoninin “neradzurri”nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 201 oyun, 4 qol, 18 məhsuldar ötürmə.

Alessandro Bastoni 2020-ci ilin noyabrında debüt etdiyi İtaliya yığmasının heəytində 27 oyun keçirib, 2 qol vurub.

Alessandro Bastoninin qənimətlər muzeyində “İnter”lə qazandığı 2 İtaliya A Seriyası çempionluğu, 2 İtaliya Kuboku, 3 İtaliya Super Kuboku var. “Skuadra adzurra” ilə isə Bastoni AÇ-2020-nin qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı italyan mərkəz müdafiəçisi Alessandro Bastoninin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
arena.az

1Mənbələr