AZ

"Qabiliyyətdən keçən abituriyentlər ixtisas seçimində həm jurnalistika, həm də digər ixtisasları seçə bilərlər" - Cahid İmanov

Image

Jurnalistika üzrə qabiliyyət imtahanına qeydiyyat başlayıb. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bu mərhələdə abituriyentlər hansı məqamlara diqqət etməlidirlər?

Məsələ ilə bağlı Elm və Təhsil eksperti Cahid İmanov baki-xeber.com-a açıqlamasında qeyd edir ki, Jurnalistika ixtisasıni blok balı 100-dən çox, ümumi balı isə 200-dən çox olan abituriyentlər seçə bilərlər: "Jurnalistika yeganə ixtisasdır ki, burada digər qabiliyyət imtahanlarından fərqli bir nüans ortaya çıxır. Belə ki, abituriyentlər qabiliyyət imtahanından qeydiyyatdan keçəndə onlara anket-sorğu doldurmaq tələbi qoyulur və düşünürəm ki, bu tələb əslində düzgündür, çünkü bir çox abituriyentlər jurnalistika ixtisasının balı nisbətən aşağıdır deyə seçmək istəyirlər. Onlar bu anketi doldurarkən onları hansı məsuliyyətin gözlədiyini dərk edirlər. Dövlət İmtahan Mərkəzi üçünsə bu ilkin qiymətləndirmə kimi vacibdir. Yaxşı olardı ki, məhz özünü jurnalistika sahəsində görmək istəyən abituriyentlər bu sahəyə yönəlsinlər".

Bu sahəyə qəbul olmaq istəyən tələbələrin prosesdə diqqət edəcəyi məqama gəlincə isə ekspert bildirir ki, Jurnalistikaya qəbul olmaq istəyən abituriyentlər ilk olaraq DİM-in saytında müvafiq pəncərədə qeydiyyatdan keçməlidirlər: "Bu zaman onlara təqdim olunan suallara düzgün və səmimi cavab verməyi tövsiyyə edərdim. Daha sonra avqustun əvvəlində qabiliyyət imtahanı keçiriləcək ki, burada abituriyentlərə esse yazmaq üçün  təxminən 200-dən çox müxtəlif mövzudan  3-ü təqdim ediləcək. Onlar mövzu haqqında 2-4 səhifə həcmində aydın, dolgun, əhatəli, məntiqi fikirlərini yazmalıdırlar. Abituriyentlərin həm də səliqəli xətti olmalı və yazı-dil qaydalarına əməl etməlidirlər. 

Qabiliyyətdən keçən abituriyentlər ixtisas seçimində həm jurnalistika, həm də digər ixtisasları seçə bilərlər və bu ixtisas üzrə xarici dildə də (İngilis/Rus) təhsil almaq hüququna malikdirlər".

Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin tələbəsi Aytac Kərimova






Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
1
baki-xeber.com

2Mənbələr