AZ

Hansi Flik: “Niko Uilyams bizim oyunçumuz deyil”

“Barselona”nın baş məşqçisi “Hansi” Flik “Atletik”in ispan vingeri Niko Uilyamsın “Barselona”ya mümkün keçidi haqda sualı sərt cavablayıb.

Arena.az məşhur italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən məlumat verir ki, özünün nizam-intizam tələbləri ilə səciyyəvi olan alman mütəxəssis özünə aid olmayan sualı kəskin surətdə, xüsusi sərt ahənglə cavablayıb:

“O, bizim oyunçumuz deyil! Niko Uilyamsın başqa klubla müqaviləsi var. Mən bu barədə heç nə deyə bilmərəm”, Hansi Flik kəskin surətdə jurnalsitə bildirib.

Xatırladaq ki, daha əvvəl, “Barselona”nın Niko Uilyamsla müqavilə ilə bağlı şifahi razılığa gəldiyi, amma Fransa nəhəngi PSJ-nin futbolçuya Kataloniya klubunun maaş təklifindən iki dəfə çox maaş təklif etdiyi haqda məlumat yayılıb.

Niko Uilyams Bilbao “Atletik”inin futbol akademiyasının yetirməsidir. O, 2021-ci ilin iyulundan əsas komandada çıxış edir.

Artıq geridə qalmış 2023/2024-cü illər mövsümündə Uilyams Bilbao komandasının heyətində 38 oyuna çıxıb, 8 qol vurub, 17 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb. Sol cinah vingerinin “Atletik”dəki karyerası ümumilikdə 122 oyun, 20 qol və 24 məhsuldar ötürmədən ibarətdir.

Nikolas Uilyams 2022-ci ilin sentyabr ayında debüt etdiyi İspaniya yığmasının heyətində 20 oyun keçirib, 4 qol vurub və 6 məhsuldar ötürmə verib. Gənc hücumçu İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

Niko Uilyamsın qənimətlər muzeyində 2023/2024-cü illər mövsümündə “Atletik”lə qazandığı İspaniya Kral Kuboku da var.

“Transfermarkt” internet portalı 22 yaşlı ispaniyalı vingerin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
arena.az

1Mənbələr