Bakı, TurkicWorld
Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov və Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Moallim Fiqi arasında geniş tərkibdə görüş keçirilib.
XİN-dən TurkicWorld -ə verilən məlumata görə, görüşdə Azərbaycan və Somali arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi perspektivlərini müzakirə edilib.
Tərəflər, həmçinin iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi o cümlədən əməkdaşlıq üçün müxtəlif sahələrin potensialından istifadə mexanizmləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüş zamanı həmçinin Azərbaycanın münaqişədən sonrakı regional yenidənqurma və sülh səyləri müzakirə edilib.