AZ

Narkotiklərin satışını təşkil edən şəxs saxlanılıb

Yazını böyüt
Yazını kiçilt

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini və satışını təşkil edən əvvəllər də eyni əmələ görə məhkum olunmuş Məmməd Qasımov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan hafta.az-a bildirilib ki, onun üzərinə və yaşadığı ünvana keçirilən baxış zamanı 1 kiloqrama yaxın heroin və 1 ədəd elektron tərəzi aşkarlanıb. Araşdırmalar zamanı M.Qasımovun narkotik vasitəni satış məqsədilə iranlı narkotacirdən aldığı müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Seçilən
76
12
hafta.az

10Mənbələr