AZ

“Çelsi”nin müdafiəçisi Fransa klubunda

Fransanın “Lens” klubu 25 yaşlı mərkəz müdafiəçisi Malanq Sarr ilə müqavilə imzaladığını açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, onunla sözləşmə 2026-cı ilin yayına kimi bağlanıb. Sarr azad agent kimi “Lens”ə keçib.

Futbolçunun əvvəlki klubu “Çelsi” olub. Ümumilikdə müdafiəçi London komandasının heyətində 21 oyun keçirib, heç bir qol vurmayıb.

Sarr karyerasının əvvəlində “Nitsa”, “Porto” və “Monako”da çıxış edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
idmanxeber.az

1Mənbələr