AZ

Yayda bu estetik əməliyyatları etdirmək olmaz! –Plastik cərrah açıqladı

Yayda edilməməli olan estetik əməliyyatların adları açıqlanıb.

Medicina.az xəbər verir ki, plastik cərrah Yuriy Çoy yay mövsümündə bədənin 6-dan çox nahiyəsinə müdaxilə edilən əməliyyatların aparılmasını tövsiyə etmir.

“Məsələn, lipofilling ilə liposaksiya, bədən liftinqi buraya aiddir. Belə cərrahi müdaxilələrdən sonra, reabilitasiya zamanı xüsusi geyimlərdən və sarğılardan istifadə etmək lazımdır”, - deyə həkim bildirib.

O, bundan əlavə, təbii qıvrımların proyeksiyası zamanı yaranan çapıqların bu dövrdə sağalmasının daha ləng ola biləcəyi barədə də xəbərdarlıq edib.

Həkim yayda açıq yerlərdə olan xal və neoplazmaların çıxarılmasını da tövsiyə etmir. Çünki onları birbaşa günəş şüalarından gizlətmək asan olmayacaq.

Cərrah əməliyyatlar üçün ümumi əks göstərişləri də sadalayıb.

“Xəstənin ümumi vəziyyəti, ürək-damar xəstəliklərinin mövcudluğu, xəstəliyinin mürəkkəbliyi və həyat üçün təhlükə nəzərə alınmalıdır. Əgər gözləmək mümkündürsə, yayda əməliyyatdan imtina etmək daha yaxşı olar" - deyə plastik cərrah vurğulayıb.


Aysel

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
medicina.az

1Mənbələr