AZ

Bakı-Sumqayıt yolunda “oyun çıxaran”sürücü görün necə təhlükə yaratdı- VİDEO

Bakı-Sumqayıt yolunda qaydaları kobud şəkildə pozan sürücünün görüntüsü sosial şəbəkədə paylaşılıb.

Avtosfer.az-ın məlumatına görə, 77-PE-239 dövlət nömrə nişanlı “Khazar” markalı avtomobilin sürücüsü yolda təhlükəli manevrlər edib. Belə ki, zolaqlar arası keçid edən sürücü yolboyu “şou” göstərib və bu zaman digər hərəkət iştirakçılarına qəza riski yaradıb.

Qeyd edək ki, sürücünün törətdiyi xəta avtoxuliqanlıq göstəricilərinə əsaslandığı üçün İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsiylə nizamlana bilər.

Nərmin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
avtosfer.az

1Mənbələr