AZ

Arne Slot “Liverpul”un transfer bazarındakı sükutundan danışdı

“Liverpul”un yeni baş məşqçisi Arne Slot, “qırmızılar”ın cari yay transfer pəncərəsində nədən sükuta dalması ilə bağlı açıqlama verib.

Arena.az “Goal” dərgisinə istinadən, niderlandlı mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Transferlər? Bu məsələ ilə bağlı hər hansı bir məlumat olarsa, sizinlə əlaqə saxlayacağıq. Amma bizim, artıq çox xoşuma gələn çox yaxşı komandamız var. Heç bir oyunçu cəlb etməsək, bu, hamımız üçün gözlənilməzlik olacaq, ona görə də çox güman ki, kiminsə nəhayət imzalanacağı gözlənilir. İndi biz sadəcə oyunçuların qayıtmasını gözləyirik, uyğun olanların isə müqaviləni imzalamasının intizarındayıq”, deyə Arne Slot bildirib.

Xatırladaq ki, daha əvvəl “Liverpul”un “Real Sosyedad”ın yapon vingeri Takefusa Kubo ilə maraqlandığı haqda məlumat yayılmışdı. Müvafiq transferin icrası üçün “Liverpul” bask klubuna yapon futbolçunun 60 milyon avro məbləğində olan təzminat haqqını ödəməlidir.

Seçilən
40
arena.az

1Mənbələr