AZ

Laporta: “Barselona” artıq böyük transferləri özünə rəva görə bilər”

“Barselona”nın prezidenti Joan Laporta Kataloniya klubunun cari maliyyə vəziyyəti ilə bağlı xüsusu şərh edib.

Arena.az “La Vanguardia” dərgisinə istinadən, Laportanın bu barədə məlumatını təqdim edir:

“Bizim maliyyə vəziyyətimiz xeyli yaxşılaşıb. Biz adi tələbə yaxınıq. Artıq bu gün “Barselona” böyük oyunçularla müqavilə imzalaya bilər. Yaxın gələcəkdə biz sizə maliyyə vəziyyətimiz haqqında daha ətraflı məlumat verəcəyik”, deyə Laporta vurğulayıb.

Daha əvvəl bildirilmişdi ki, 3 illik qənaət və iqtisadi rifah üzərində fəal işlərdən sonra “Barselona” futbolçuların maaş xərclərini klubun gəlirinin 60%-nə (399 milyon avro) endirməyə nail olub. Halbuki 2020/2021-ci illər mövsümündə bu məbləğ “blauqarana”nın maliyyə gəlirlərinin 98%-ni təşkil edib.

Geridə qalmış 2023/2024-cü illər mövsümünü “Barselona” İspaniya La Liqasının gümüş mükafatçısı olaraq başa vurub və növbəti mövsümədə çempionlar Liqasında iştirak hüququ əldə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
arena.az

1Mənbələr