AZ

Dünyada ilk dəfə oropuş qızdırmasından ölüm halı qeydə alınıb

İki braziliyalı qadın oropuş qızdırmasının qurbanı olub.

Bu barədə ölkənin Braziliyanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, hər iki qadının yaşı 30-dan aşağıdır, onlar Braziliyanın şərqində yerləşən Baiya ştatının sakinləridirlər.

Bildirilib ki, onlarda denqe qızdırmasının əlamətləri olan yüksək bədən hərarəti müşahidə olunub.

Braziliya Səhiyyə Nazirliyinin məlumatına əsasən, bu günə qədər dünyada oropuş qızdırmasından ölüm halı qeydə alınmamışdı.
 
 
 


Seçilən
39
3
7news.az

4Mənbələr