AZ

Pepe karyerasını bitirmək istəyir

Portuqaliya millisinin müdafiəçisi Pepe futbolçu karyerasını bitirməyi düşünür.

İdmanxeber.az-ın məlumatına görə, Səudiyyə Ərəbistanı klubları 41 yaşlı müdafiəçi üçün mübarizə aparsa da, portuqaliyalı futboldan getmək niyyətindədi.

İyulda Pepe azad agent kimi “Porto”dan ayrıldı. O, 2019-cu ildən bu komandada çıxış edib və onlar üçün 288 oyun keçirib, 17 qol və 11 məhsuldar ötürmə edib.

Portuqaliyalı futbolçu daha əvvəl “Beşiktaş” və “Real”da çıxış edib. O, Madrid klubu ilə 3 dəfə İspaniya çempionu, 3 dəfə Çempionlar Liqasının qalibi olub.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
idmanxeber.az

1Mənbələr