AZ

Mats Hummels “Bolonya”da tibbi müayinədən imtina etdi

Alman mərkəz müdafiəçisi Mats Hummels “Real”ın marağı mənzərəsində “Bolonya”da tibbi müayinə keçməkdən imtina edib.

Arena.az bu barədə “Corriere dello Sport” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, “Bolonya” müdafiəçinin İtaliyaya biletlərinin pulunu ödəyib, həm də tibbi müayinə təşkil edib. Amma son anda Hummels bu haqda düşünmək üçün bir neçə gün vaxt istəyib. Öz növbəsində Hummelsin agentləri bildiriblər ki, bu fasilə digər klublarla mümkün danışıqlardan deyil, futbolçunun övladı ilə daha çox istirahət etmək istəyindən qaynaqlanıb.

Xatırladaq ki, daha əvvəl alman futbolçu ilə İspaniya nəhəngi “Real”ın maraqlandığı barədə məlumat yayılmışdı.

Hummels bu yay Dortmund “Borussiya”sından ayrıldıqdan sonra azad agentdir.

Mats Hummels Almaniya nəhəngi “Bayern”in yetirməsidir. Alman müdafiəçi 2008-2016-cı illərdə “Borussiya”da çıxış edib, daha sonra “Bayern”də 3 il keçirərək 2019-cu ildə yenidən Dortmunda qayıdıb. Ümumiyyərtlə, Hummels yalnız bu iki Almaniya nəhənginin heyətində çıxış edib. Hummelsin Dortmund təmsilçisi ilə müqaviləsi 2024-cü ilin iyun sonuna qədər qüvvədə idi.

Hummels artıq geridə qalmış 2023/2024 mövsümündə “Borussiya”nın heyətində bütün yarışlarda 40 oyuna çıxıb, 4 qol vurub, 1 məhsuldar ötürmə verib.

Ümumilikdə, Hummels Dortmund klubunun heyətində 508 oyuna 38 qol, 23 məhsuldar ötürmə ilə fərqlənib.

Mats Hummels 2010-cu ilin mayında debüt etdiyi Almaniya yığmasının heyətində 78 oyun keçirib, 5 qol vurb, 7 məhsuldar ötürmə verib. Mats DÇ-2014-ün qalibidir.

Müdafiəçi uzun müddətdən sonra yenidən “bundestim”ə çağırılıb, yığmanın yeni baş məşqçisi Yulian Nagelsman veteran müdafiəçiyə etimad göstərib. Amma son anda alman mütəxəssis Hummelsi ölkəsinin ev sahibliyi edəcək AÇ-2024-də iştirak edəcək bundestimin heyətinə daxil etməyib.

“Transfermarkt” internet-portalı 35 yaşlı veteran müdafiəçinin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
arena.az

1Mənbələr