AZ

Bakıda növbəti “Kənddən şəhərə” həftəsonu yarmarkası keçiriləcək

27-28 iyul tarixlərində Bakıda növbəti “Kənddən şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, yarmarkada ümumilikdə 20 regiondan 40-a yaxın fermerin iştirakı gözlənilir. Fermerlər 100-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.

Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metrostansiyasının yanı) ünvanında keçiriləcək yarmarkada müxtəlif regionlardan əvvəlcədən qeydiyyatdan keçən fermerlər yerli kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
6
vergiler.az

10Mənbələr