AZ

Bakıda avtomobil işıq dirəyinə çırpılıb, ölən və xəsarət alanlar var

Bakıda avtomobil işıq dirəyinə çırpılıb, 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Hadisə Xəzər rayonu Mərdəkan qəsəbəsində qeydə alınıb.

1990-cı il təvəllüdlü Ruslan İsgəndərov idarə etdiyi “Opel” markalı avtomobillə idarəetməni itirərək yol kənarındakı işıq dirəyinə çırpılıb. Nəticədə avtomobildə olan sərnişin, 1987-ci il təvəllüdlü Vüsal İsmayılov hadisə yerində ölüb. Sürücü və digər iki sərnişin isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb

Seçilən
391
32
azerforum.com

10Mənbələr