AZ

Hakan Fidan ABŞ Konqres üzvlərinə sərt reaksiya verib

Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ Konqresində çıxışını ayaq üstə alqışlayanlara sərt reaksiya verib.

Türkiyənin XİN rəhbəri məsələ ilə bağlı öz şəxsi “X” hesabında paylaşım edib.

Paylaşımda deyilir:

“Qəzzada şəhidlərin sayı 40 minə yaxınlaşıb. Milyonlarla fələstinli evlərini itirib və köç etmək məcburiyyətində qalıb. İnanıram ki, başda Netanyahu olmaqla bu vəziyyətin memarları olan bütün İsrail rəsmiləri bir gün ədalət qarşısında cavab verəcəklər.

Netanyahunu alqışlayanlar qanlı cinayətkarın tərəfdarları kimi tarixə düşdü və bütün bəşəriyyət mənəviyyatı göstərən kompasın tamamilə yoxa çıxdığı mənzərənin şahidi oldu.

Nəğmələrdən deyil, haqqlarından güc alan və ədalətin zühur edəcəyi günü səbirlə gözləyənlər, şübhəsiz ki, qalib gələcəklər.”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
303
azerforum.com

1Mənbələr