Bakı. Trend:
Xırdalan şəhərinin və Masazır qəsəbəsinin bəzi hissəsinin qaztəchizatında müvəqqəti fasilə yaranacaq.
Trend xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.
“Azəriqaz”dan “APA-Economics”ə verilən məlumata görə, SOCAR-ın“Qaz İxrac” İdarəsinə məxsus “Masazır yüksək təzyiqli” QPS-də təmirişləri görüləcək. Bu səbəbdən 26.07.2024-cü il saat 10:00-dan“Masazır” QPS-dən qidalanan "Masazır Qəsəbəsi(Masazır QPS)", "DuzZavodu(Masazır QPS)" və “Azpetrol LTD” MMC-yə məxsus ölçüqovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir müddətində Abşeron rayonunun Masazır qəsəbəsi, yeniyaşayış massivi və Xırdalan şəhəri, AAF Park Yaşayış kompleksininbir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.