AZ

İsrail Livana xəbərdarlıq edib

İsrailin xarici işlər naziri İsrael Kats silahlı radikalların Litani çayının o tayındakı sərhəd zonasından geri çəkilməməsi halında Livanla sərhəddə “Hizbullah” hərəkatına qarşı döyüşlərin güclənəcəyi barədə xəbərdarlıq edib.

Bu barədə o, “Bloomberg” agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Livanla daha böyük münaqişənin olacağı ehtimalı yüksəkdir:

“Biz “sükut müqabilində susmaq” düsturunu (Livanla sərhəd bölgəsində - red.) qəbul etməyəcəyik. Şimaldan təxliyə edilmiş 70 minə yaxın insanımız var və biz onları geri qaytara bilmirik”.

O, yenidən “Hizbullah”dan sərhəddən uzaqlaşmasını tələb edib.

Nazir həmçinin bildirib ki, Qəzza zolağında mümkün atəşkəs sazişinin bağlanması bütün regionda gərginliyin azaldılmasına kömək edə bilər.

Mənbə: report.az

Aqreqator
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
13
report.az

10Mənbələr