AZ

Naməlum şəxslər mənzildə partlayış törətmək istəyiblər

Naməlum şəxslər Kaspiyskdə yaşayış binasındakı mənzildə barrikada quraraq , partlayışla hədələyiblər.

32gun.az bildirir ki, bu barədə “Shot Telegram” kanalı məlumat yayıb.

Hündürmərtəbəli binanın sakinlərinin təxliyyə edildiyi qeyd edilir. Hadisə yerinə çevik polis və çevik qüvvələr gəlib. Digər təfərrüatlar verilməyib.

Bir müddət əvvəl Moskvada anası və nənəsini vəhşicəsinə qətlə yetirməkdə şübhəli bilinən rusiyalı saxlanılıb . İyulun 22-də təcavüzkar Krasnobogatyrskaya küçəsindəki yaşayış binasının girişində olarkən qohumlarının yaşadığı mənzilin qapısını bağlayıb və yandırıb. Faktla bağlı cinayət işi başlanıb.

Ayxan

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
32gun.az

1Mənbələr