AZ

Avtomobil idarəetmədən çıxaraq dayanmış yük maşınının altına düşüb: 2 nəfər ölüb

Türkiyənin Bursa şəhərinin Orhanqazi rayonunda sürücüsünün idarəetməni itirərək dayanmış yük maşınının altına düşən avtomobildə iki nəfər ölüb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Bursa-Yalova yolunda Yunus Dəmircanın idarə etdiyi avtomobil sürücüsü idarəetməni itirərək baryerlərə çırpılaraq dayanmış yük maşınının altına düşüb.

Qəzanın təsirindən sürücü Dəmircan və sərnişini Harun Sabanlı avtomobildə sıxılmış vəziyyətdə qalıblar.

Ərazidəki digər sürücülərin xəbəri üzərinə hadisə yerinə yanğınsöndürmə briqadası, jandarma və 112 Təcili Tibbi Yardım qrupu sövq edilib.

Yük maşını forkliftlə qaldırılıb və altında olan avtomobil olduğu yerdən çıxarılıb.

Baxış zamanı həkim qrupları avtomobildə ilişib qalan Demircan və Sabanlının həyatını itirdiyini müəyyən edib.

QAZİLER.AZ

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
2
qaziler.az

3Mənbələr