AZ

Özbəkistan Respublikasının bir sıra media subyektlərinin nümayəndələri üçün Azərbaycana mediatur təşkil olunub

25 iyul tarixində “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair “Yol Xəritəsi”nin icrası ilə əlaqədar mediatur çərçivəsində Medianın İnkişafı Agentliyində Özbəkistan Respublikasının bir sıra media subyektlərinin və Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin nümayəndələri ilə görüş keçirilib.

Görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının, dezinformasiyaya qarşı birgə mübarizənin əhəmiyyətini vurğulayaraq, 2-ci Şuşa Qlobal Media Forumunda sözügedən məsələ barədə aparılan müzakirələrin nəticələri ilə bağlı qonaqlara məlumat verib.

Özbəkistandan olan nümayəndə heyəti isə media sahəsində qarşılıqlı əməkdaşlığın müxtəlif istiqamətlərdə genişləndirilməsi perspektivləri, uzunmüddətli səmərəli tərəfdaşlıq və kommunikasiyanın qurulması, mövcud əlaqələrin davamlı inkişafının vacibliyini diqqətə çatdırıb.

 

1/2
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
11
media.gov.az

10Mənbələr