AZ

Xiaomi SU7 Ultra-nın nə zaman satışa çıxacağı rəsmi şəkildə açıqlanıb

     Xiaomi keçən həftə SU7 elektromobilinin idman versiyası olan SU7 Ultra-nı təqdim etdi. İndi isə bu idman elektromobilinin nə zaman satışa çıxacağı rəsmi şəkildə məlum olub. Bundan əlavə olaraq məlum olub ki, Xiaomi SU7 Ultra-nın final versiyası bir qədər fərqli komplektasiyada satılacaq. Beləliklə rəsmi şəkildə məlumat verilib ki, sözügedən elektromobil 2025-ci ilin birinci yarısında satışa çıxacaq. Xiaomi CEO-su Lei Jun bildirib ki, Xiaomi SU7 Ultra-nın satışa çıxacaq versiyası karbon kuzova sahib olmayacaq. Bu isə elektromobilin daha ucuz qiymətə satılması üçün edilib. Xiaomi SU7 Ultra-nın hansı qiymətə satılacağı barəsində hələ heç bir məlumat yoxdur. Lakin aydın məsələdir ki, onun qiyməti adi SU7-dən bir qədər yüksək olacaq. Təsdiq olunmamış məlumata əsasən elektromobilin qiyməti 45 000$-dan start götürəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
technote.az

1Mənbələr