AZ

“Şahdağ”da şəhid və qazi ailələri üçün tədbir təşkil edilib – FOTO

Dövlət Turizm Agentliyinin tabeliyindəki “Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı ilə Quba, Qusar və Xaçmaz rayonlarından olan 100-ə yaxın Vətən müharibəsi şəhidlərinin ailə üzvləri üçün növbəti tədbir keçirilib.

Turizm Mərkəzindən AZƏRTAC-a bildirilib ki, sosialyönümlü tədbir çərçivəsində şəhid ailələri üçün kompleks ərazisinə ekskursiya təşkil edilib, müxtəlif attraksionlardan, kanat xətlərindən istifadə imkanı yaradılıb, o cümlədən interaktiv oyunlar keçirilib, musiqili-əyləncəli proqramlar təşkil edilib.

Tədbirin keçirilməsinin məqsədi 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban verən qəhrəmanların övladlarını sevgi və qayğı ilə əhatə etməkdir.

DOĞRU.AZ

image-17218910624162224204_1200x630 image-17218910623541654256_1200x630 image-17218910626171355648_1200x630 image-17218910622779259774_1200x630 image-17218910626018845210_1200x630

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
5
dogru.az

6Mənbələr