AZ

Pirallahı Sənaye Parkında yeni rezident qeydə alınıb

“Falck” MMC-yə Pirallahı Sənaye Parkının rezidenti statusu verilib, bununla da Parkın rezidentlərinin sayı 7-yə çatıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatında bildirilir.

Məlumata görə, müəssisədə qan depolama və test qablarının istehsalı həyata keçiriləcək. İnvestisiya həcmi 4 milyon manat olan müəssisədə 40 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur. Müəssisədə istehsal olunan məhsulların daxili bazara satılması ilə yanaşı, ixracı da planlaşdırılır.

Seçilən
126
4
banker.az

10Mənbələr