AZ

Çində Qaemi qasırğası səbəbindən 150 mindən çox insan təxliyə edilib

Çinin cənub-şərqindəki Fujian əyalətində yaxınlaşan Qaemi qasırğası səbəbindən 150 mindən çox insan təxliyə edilib.

RİA Novosti xəbər verir ki , bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Qeyd olunur ki, onlardan 29 424 nəfəri sahilboyu zonada yerləşən balıq yetişdirilən ərazilərdən sahilə təxliyə edilib.

Həmçinin 733 balıqçı gəmisindən 3199 nəfər təxliyə edilib.

Bundan əvvəl Primoryedə leysan yağışlar səbəbindən 350-dən çox uşaq yay düşərgəsindən təxliyə edilmişdi .

DOĞRU.AZ

Seçilən
28
4
dogru.az

5Mənbələr