AZ

Putin müstəntiqləri peşə bayramı münasibətilə təbrik edib

Rusiya prezidenti Vladimir Putin Rusiya istintaq orqanlarının əməkdaşlarını və veteranlarını peşə bayramları münasibətilə təbrik edib.

Müvafiq videomüraciət Kremlin saytında dərc olunub.

“Əziz yoldaşlar, sizi, Rusiya istintaq orqanlarının bütün əməkdaşlarını və veteranlarını peşə bayramınız münasibətilə təbrik edirəm”, – dövlət başçısı bildirib.

Putin rusiyalı müstəntiqlərə möhkəmlik və dürüstlük, məhsuldar vicdanlı əməyinə, vəzifə və çağırışlarına sədaqətlərinə görə təşəkkür edib.

Bundan əlavə, o, Rusiya istintaq orqanlarının əməkdaşlarının bütün əsas iş sahələrində layiqli nəticələr əldə edəcəklərinə, ən yaxşı işgüzar və şəxsi mənəvi keyfiyyətlər nümayiş etdirəcəklərinə əmin olduğunu bildirib.

Bundan əvvəl Putin Belarus prezidenti Aleksandr Lukaşenkonu vəzifədə olmasının 30 illiyi münasibətilə təbrik edib.

Rusiya lideri həmçinin Suriya prezidenti Bəşər Əsədi ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 80 illiyi münasibətilə təbrik edib.

Mənbə RİA Novosti

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
dogru.az

1Mənbələr