Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Kosovonun paytaxtı Priştinada təşkil olunan Avropa çempionatının C divizionunda bu gün növbəti matçına çıxıb.
Komanda.az xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi komanda yer aldığı B qrupunda Gürcüstan yığması ilə qarşılaşıb.
Qarşılaşma yığmamızın 74:68 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu qalibiyyət Azərbaycan millisini Avropa çempionatının yarımfinalına daşıyıb.
İlk oyunda Albaniyanı 72:53 hesabı ilə məğlub edən millimiz qrupdakı sonuncu görüşünü iyulun 25-də Ermənistana qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin Etiketlərbasketbol
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta