AZ

Hz.Məhəmmədi təhqir edən şəxs SAXLANILDI

İstanbul Avcılarda iş yeri olan Zülfikar Kadiroğlu küçə müsahibəsində ona verilən sualı cavablandırıb. 

News24.az xəbər verir ki, o, Hz.Məhəmmədi Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürklə müqayisə edib.

İstifadə etdiyi ifadələrdə Hz. Məhəmmədi təhqir edən Zülfikar Kadiroğlunun dərc olunan müsahibəsi sosial mediada böyük əks-səda doğurub.

İstanbul Polis İdarəsi qrupları “Vergidən yayınma”, “Pis rəftar” və “Özəl sənədlərdə saxtakarlıq” olmaqla 3 cinayət keçmişi olan Kadiroğlunu saxlayıb.

Şübhəli göndərildiyi məhkəmə tərəfindən həbs edilib.

Məryəm İlhamqızı


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
news24.az

1Mənbələr