AZ

Hansı hallarda valyutanın ölkədən çıxarılmasına icazə verilməyəcək? – AÇIQLAMA

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Baş nazir "Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı onların hərəkətinin dayandırılmasına dair Qaydalar”da dəyişiklikləri təsdiq edib. Yeni qaydalar ilə bu ilin fervalında Nazirlər Kabinetinin təsdiq etdiyi sənədə bir sıra dəyişikliklər edilib. Qeyd edək ki, sözügedən sənəd ilə qaydaların tam siyahısı müəyyən edilib.

Banco.az xəbər verir ki, bununla bağlı millət vəkili Vüqar Bayramov açıqlama verib. Millət vəkili hesab edir ki, yeni qaydalarla valyuta sərvətləri və milli valyutanın hərəkətinin dayandırılması ilə bağlı indikatorların siyahısı və qaydaların miqyası daha da dəqiqləşdirilir:

"Belə ki, valyuta sərvətləri və milli valyutanın bəyan edilməsi rejiminin tələbləri çərçivəsində bəyan edilməmiş və ya düzgün bəyan edilməmiş valyuta sərvətləri və milli valyutanın aşkar edilməsi hallarında da onların hərəkəti dayandırılır, yəni aparılmasına icazə verilmir. Burada söhbət eyni zamanda inzibati araşdırmanın və ya cinayət təqibinin aparılması zamanı valyuta sərvətləri və milli valyutanın maddi sübut qismində götürülməsi halları istisna olmaqla onların bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi hallarından gedir”.

Digər dəyişiklik valyuta sərvətləri və milli valyutanın hərəkətinin dayandırılması ilə bağlı indikatorların siyahısı ilə bağlıdır.

Vüqar Bayramov qeyd edib ki,  yeni qərara əsasən, valyuta sərvətləri və milli valyutanı gömrük sərhədindən keçirən şəxsin gömrük işi sahəsində cinayətlərə görə məhkumluq müddətində də indikator kimi götürüləcək:

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
82
49
banco.az

10Mənbələr