AZ

Mərhələli şəkildə Türkiyə-Azərbaycan Universitetində ixtisaslar ARTACAQ

Bu il ilk dəfə tələbə qəbulu aparılacaq universitetlərin plan yerləri açıqlanıb. Türkiyə-Azərbaycan Universitetinə 90 tələbə qəbul ediləcək. Həmçinin Türkiyə-Azərbaycan Universitetində təhsil ödənişsiz olacaq.

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən deputat Ceyhun Məmmədovun sözlərinə görə, bu universitetin həm siyasi, həm də mənəvi xüsusi əhəmiyyəti var:

 

“Bu gün Azərbaycan və Türkiyə bütün sahələrdə əlaqələrini gücləndirirlər. Həmin əlaqələrin gücləndirilməsi üçün ən önəmli sahələrdən biri də təhsildir. Bu gün Türkiyə təhsili çox inkişaf edib və etməkdədir. Eyni zamanda Azərbyacan Türkiyə təhsilindən bəhrələnərək özünü daha da inkişaf etdirib gücləndirə bilər.

Yaradılan universitetin siyasi tərəfi odur ki, bu bizim münasibətlərimizi, əlaqələrimizi daha da möhkəmləndirəcək. Əgər təhsilin ödənişsiz olması ilə bağlı verilən informasiya doğrudursa, düşünürəm ki, doğru yanaşma olar. Çünki bu ali məktəbin amalı, məqsədi biraz fərqlidir. Qeyd etdiyim kimi, münasibətlərimizi gücləndirməkdə məqsədlər sırasına daxildir”.

 

Həmsöhbətimiz ali məktəbə yeni ixtisasların açılmasının mərhələli şəkildə aparılacağını qeyd edib:

 

“Bu gün Azərbaycanda bir neçə belə ali məktəb var. Həmin o universitetlərdən məsələn, Qarabağ Universiteti, İlahiyyat İnstitutu kimi Azərbaycan-Türkiyə Universiteti də belə universiet olarsa, hesab edirəm ki, həm daha çox tələbə cəlb olunar, həm də hər iki ölkənin birlikdə təhsilimizə töhfəsi baş tutmuş olar. 

Birdən-birə çox sayda ixtisas yaratmaq və tələbə qəbul etmək bu müəyyən problemlər yarada bilər. Odur ki, ixtisasların açılması mərhələli şəkildə olmalıdır.

Azərbaycan-Türkiyə Universiteti formlaşmağa başladıqca, hesab edirəm ki, növbəti mərhələdə digər addımlar, yəni ixtisasların artırılması ilə bağlı qərarlar qəbul edilə bilər”, - deyə deputat fikrini tamamlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
azedu.az

1Mənbələr