AZ

Motosikletə ilişən hava şarı Braziliyada dəhşət yaşatdı: Ev, park və maşınlar alova büründü

Braziliyada motosikletə ilişərək onu özü ilə sürükləyən hava şarı 400 min evi işıqsız qoyub, həmçinin güclü yanğına səbəb olub.

seher.media-ın "Daily Mail"ə istinadla verdiyi məlumata görə, buna səbəb hava şarının elektrik dirəyinə çırpılması olub.

Bildirilir ki, hadisə nəticəsində yeddi rayonun işıqsız qalmasından əlavə evlərdən birində yanğın baş verib, uşaq bağçasının oyun meydançası məhv olub və bir neçə avtomobilə ciddi ziyan dəyib.

Qeyd edək ki, Braziliyada hava şarlarını buraxmaq qadağandır - bu, ekoloji cinayət hesab olunur və üç ilədək həbs cəzası ilə cəzalandırılır.

Motosikletə ilişən hava şarı Braziliyada dəhşət yaşatdı: Ev, park və maşınlar alova büründü

Motosikletə ilişən hava şarı Braziliyada dəhşət yaşatdı: Ev, park və maşınlar alova büründü

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
seher.media

1Mənbələr