AZ

Ermənistan və Azərbaycan arasında sülhə hər cür töhfə verəcəyik - Zaxarova

"Rusiya vəd verib - və bu, Moskvanın imzaladığı sənəddə yazılıb - Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmasına hər cür töhfə verəcək".

 

Modern.az "Sputnik"ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib.

 

"Təbii ki, belə yardımın həcmi və formaları bütün tərəflər üçün məqbul olmalıdır", - deyə o əlavə edib.

 

“Biz tərəflər arasında öz üstünlükləri olan ikitərəfli formatda danışıqlar üçün platformamızı təqdim etməyə hazırıq. Kənardan heç kim tərəfindən deyil, bölgədən", - Zaxarova söyləyib.

Seçilən
88
49
modern.az

10Mənbələr