Bakı, 24 iyul, AZƏRTAC
İndiyədək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 1200-ə yaxın müraciət var. Onların çoxu artıq təsdiq olunub. 31 nəfərin namizədliyi qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov iyulun 24-də jurnalistlərə müsahibəsində deyib.
O bildirib ki, 26 siyasi partiyanın 25-i seçkilərdə iştirak edir. Həmin siyasi partiyaların 600-ə yaxın səlahiyyətli nümayəndəsi qeydə alınıb.