AZ

BİBİNİ DÖYÜB PULUNU ÇIRPIŞDIRMAQ İSTƏYƏNLƏR İNDİ TƏCRİDXANADA ÇIRPINIR...

Salyanda quldurluğa hazırlaşan iki nəfər müəyyən olunaraq saxlanılıb.

Tezadlar.az bildirir ki, bu barədə DİN-nin Mətbuta xidməti məlumat yayıb... Sitat: "...Bibisinə zor tətbiq etməklə evdə olan pul və qızılları talamağı planlaşdırmışdılar. Onların avtomobildən eynək, dəyənəklər, əlcəklər və papaqlar aşkarlanıb. O da məlum olub ki, ötən il onlar Neftçalada evlərdən birindən 9650 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıblar".

DİN istintaq hərəkətləri aparıldığından hələki onların adını açıqlamayıb. Amma əsas odur ki, bibisini çırpıb pulunu aparmaq istəyənlər indi müstəntiqlərin qarşısında çırpınırlar...

A.Məmmədli 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
tezadlar.az

1Mənbələr