AZ

75 milyon illik sirr: İnaltı mağarası

Yazını böyüt
Yazını kiçilt

Türkiyədə geoloji araşdırmalar nəticəsində Sinopun Ayancık rayonunda yerləşən İnaltı mağarasının 75 milyon illik “gənc mağara” olduğu müəyyən edilib.

Hafta.az-ın yazdığına görə, Sinop Valiliyinin paylaşdığı məlumatda deyilir ki, əhəngdaşı-şist və qumdaşı ilə təmasda inkişaf edən İnaltı mağarası üfüqi istiqamətdə uzanan fosil mağarasıdır.

Şərq və qərb istiqamətində böyük S formalı istiqamətdə uzanan mağaranın girişi və arxasındakı zal aydın çat üzərində formalaşıb. Buna görə də tavanın hündürlüyü 20 metrdən çox, eni isə 18 metrdir. Giriş zalı uzunluğu 125 metr, tavanın hündürlüyü 6-22 metr, eni 7-13 metr olan səliqəli qalereyaya açılır.

İnaltı mağarası, Ayancık mahalına 36 kilometr, Sinop mərkəzinə 94 kilometr, İstanbula 620 kilometr, Ankaraya 350 kilometr, Kastamonuya isə 111 kilometr məsafədədir.

Sinop valisi Mustafa Özarslan, Təbiəti Mühafizə və Milli Parklar 10-cu Region Müdir müavini Rıfat Erdal və İnaltı kəndi Muxtarı Adnan Keskin ilə birlikdə Ayancık İnaltı mağarasını ziyarət edərək orada araşdırmalar aparıb.

Seçilən
16
1
hafta.az

2Mənbələr