Bakı. Trend:
İyulun 23-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdənbağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təminolunub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, axtarışdaolduğu üçün ümumilikdə 93, o cümlədən borclu şəxs qismindəaxtarışda olan 66 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvilverilib.
Narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatıngötürülməsi və aşkarlanması ilə bağlı 17 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.