AZ

Azərbaycanda hökuməti tənqid edən diplomat saxlanılıb - o ağır cinayətdə ittiham olunur

Azərbaycanda hakimiyyəti tənqidlərilə tanınan keçmiş diplomat saxlanılıb.

Emin İbrahimov bir nəfərə bıçaqla xəsarət yetirməkdə ittiham olunur. Vəkili deyir ki, Emin İbrahimov bu ittihamları rədd edir.

Emin İbrahimov Azərbaycan hökumətini daxili və xarici siyasətinə görə tənqid edirdi.

Daxili İşlər Nazirliyinin (DİN) sözçüsü Elşad Hacıyev BBC Azərbaycancaya deyib ki, onun xəsarət yetirdiyi iddia olunan adam xəstəxanaya yerləşdirilib.

Vəkili Emin İbrahimova işgəncə verildiyini deyir, DİN isə bu ittihamları rədd edir.

Emin İbrahimov Azərbaycan hökumətini 2023-cü ilin sentyabrında Qarabağda apardığı birgünlük hərbi əməliyyata görə də sərt tənqid etmişdi. Bundan sonra o, yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi ittihamı ilə 30 gün inzibati həbs cəzası almışdı.

Keçmiş diplomat Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşı olub, Amerika Birləşmiş Ştatlarındakı Azərbaycan səfirliyində fəaliyyət göstərib.

Videoya Youtube-da baxın.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
bbc.com

1Mənbələr