AZ

Azərbaycan millisi Avropa çempionatında bu gün Gürcüstanla qarşılaşacaq

Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Kosovonun paytaxtı Priştinada təşkil olunan Avropa çempionatının C divizionunda bu gün növbəti matçına çıxacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi komanda yer aldığı B qrupunda Gürcüstan yığması ilə qarşılaşacaq.

Görüş saat 19:00-da başlayacaq.

Qeyd edək ki, ilk oyunda Albaniyanı 72:53 hesabı ilə məğlub edən millimiz qrupdakı sonuncu görüşünü iyulun 25-də Ermənistana qarşı keçirəcək.

Seçilən
10
8
operativmm.az

10Mənbələr