AZ

İsmayıllıda faciə: 38 yaşlı kişi şəlalədən yıxılaraq öldü

İsmayıllı rayonunun Çayqovuşan kəndində bədbəxt hadisə baş verib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, ilkin məlumata görə, 1986-cı il təvəllüdlü Ağayev Ağabala Əlibala oğlu kənd ərazisində şəlalədən yıxılaraq ölüb. Hadisədən sonra polis və prokurorluq əməkdaşları əraziyə cəlb olunub, təhqiqat aparılır.

Ölümün dəqiq səbəbi aparılan araşdırmalardan sonra bəlli olacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
50
5
milli.az

6Mənbələr