AZ

Solçular baş naziri seçdi

Fransa prezidenti Emmanuel Makron iyunun 9-da parlamenti buraxdıqdan sonra 30 iyun və 7 iyulda keçirilən növbədənkənar ümumi seçkilərdə Yeni Xalq Cəbhəsi qalib gəlib. Lakin seçkidən sonra həftələrlə davam edən danışıqlarda sol ittifaqı yaradan 4 partiya ortaq baş nazir namizədi ilə bağlı razılığa gəlməkdə çətinlik çəkib.

Sol ittifaq danışıqlarda vurğulanan Yuqett Bello (Huguette Bello) və Lorens Tubiana (Laurence Tubiana) kimi adlar üzərində razılığa gələ bilməsə də, Makron bu axşam Fransa televiziyasına qonaq olmadan əvvəl ittifaqın baş nazir namizədlərini açıqlayıb.

***

Uzun səylərdən sonra əldə edilən bu qərarla bağlı Yeni Xalq Cəbhəsinin verdiyi açıqlamada alyansın danışıqlarının seçkidən 16 gün sonra müsbət nəticə verdiyi, ittifaqın baş nazirliyə namizəd olaraq prezident Makrona Lyusi Kastetsi (Lucie Castets) təklif etdiyi bildirilib.

Açıqlamada, Kastetsin daha əvvəl vergidən yayınma ilə mübarizə aparan yüksək səviyyəli məmur kimi çalışdığı, pensiya yaşının 64-ə qaldırılmasının əleyhinə olduğu və dövlət xidmətlərini qorumaq üçün mübarizə apardığı qeyd edilib.

Kastets Fransanın aparıcı məktəbləri “Sciences Po” və ENA-da, həmçinin Böyük Britaniyada yerləşən London İqtisadiyyat Məktəbində təhsil alıb.

“Bizim dövlət xidmətlərimiz” adlı icmanın sözçüsü və qurucularından biri olan Kastets də Fransa İqtisadiyyat Nazirliyində çalışıb.

Seçilən
45
1
vaxt.az

2Mənbələr