AZ

“Qarabağ” “Linkoln”u məğlub etdi

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində “Linkoln”( Cəbəllütariq) və “Qarabağ” komandaları üz-üzə gəlib.

KONKRET.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada ağdamlılar rəqiblərindən iki top fərqi ilə üstün olub.

Matçın 45+2-ci dəqiqəsində Juninyo “köhlən atlar”ı önə çıxarıb.

Qarşılaşmanın 75-ci dəqiqəsində isə Toral Bayramov oyunda yekun hesabı müəyyən edib – 0:2.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 30-da Bakıda keçiriləcək. (Apa)

Seçilən
29
6
konkret.az

7Mənbələr