AZ

Rusiya nüvə təlimləri keçirdi

Rusiya Müdafiə Nazirliyi nüvə hücumu qabiliyyətinə malik qitələrarası ballistik “Yars” raketi ilə təlim keçirdiyini açıqlayıb. Nazirlikdən verilən yazılı açıqlamada, daha əvvəl planlaşdırılan təlimin həyata keçirildiyi bildirilib.

Açıqlamada qeyd olunub ki, təlim çərçivəsində “Yars” mobil qurudan atılan raket kompleksləri ilə müxtəlif manevrlər həyata keçirilib.

Nüvə hücumu da həyata keçirə bilən və təxminən 12 min kilometr mənzilə sahib olan “Yars” raketinin müdafiə sistemləri tərəfindən aşkarlana bilmədiyi və eyni anda 3 ilə 6 arasında hədəfi vura bildiyi bildirilir.

***

Rusiyanın Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatı ilə (PUA) Qafqaz limanına hücum etdiyini bildirib.

Kondratyev sosial media hesabından verdiyi açıqlamada Ukrayna administrasiyasının Krasnodar bölgəsi ərazisində terror aktı törətdiyini yazıb: “Ukrayna ordusu bu gün səhər saatlarında Qafqaz limanında bərəyə İHA hücumu həyata keçirib”.

Alovun genişlənməsi təhlükəsinin olmadığını deyən qubernator hücum nəticəsində ekipaj və liman işçiləri arasında ölən və yaralananların olduğunu bildirib.

TASS xəbər agentliyinin Rusiya Fövqəladə Hallar Nazirliyinin yerli rəsmilərinə əsaslanaraq verdiyi xəbərdə hücum nəticəsində 1 nəfərin öldüyü, 5 nəfərin yaralandığı bildirilib.

Seçilən
46
vaxt.az

1Mənbələr