İtaliyada Etna dağının yenidən kül və lava püskürdüyü anlar qeydə alınıb
İtaliyanın ANSA agentliyinin xəbərinə görə, Siciliya adasında yerləşən və hündürlüyü 3 min 30 metr civarında olan Etna dağı yenidən kül və lava püskürüb.
Kataniya hava limanını işlədən şirkətdən verilən açıqlamada partlayış nəticəsində atmosferə yayılan kül buludu səbəbiylə uçuşların müvəqqəti olaraq dayandırıldığı bildirilib. Açıqlamada bəzi sərnişinlərin yaxınlıqda yerləşən müxtəlif hava limanlarına istiqamətləndirildiyi bildirilib.
aia.az
Tərcümə şöbəsi