AZ

KriminalAğadadaş Ağayev balta atdığı şəxsdən polisə şikayət etdi - YENİLƏNİB-2

SİZİN REKLAM BURADA!055 213 76 73 ***11.53 Ağadadaş Ağayevin yaranmış mübahisə zamanı qarşıdakı şəxsə balta ilə xəsarət yetirməsi ilə bağlı yeni təfərrüat məlum olub.   Daxili İşlər Nazirliyini Mətbuat Xidmətindən məsələ ilə bağlı BAKU.WS-ə bildirilib ki, iyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 7 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini A.Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini, əlindəki balta ilə onu hədələdiyini bildirib.   N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.   Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin araşdırmalara başlanılıb.

***11:12

Xalq artisti Ağadadaş Ağayev və tanışı arasında əlbəyaxa dava olub.

"Report" xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.

Məlumata görə, A.Ağayev tanışı ilə söyüş üstündə dava edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq faktı təsdiqləyiblər.

Nazirlikdən bildirilib ki, hazırda faktla bağlı Binəqədi rayon Polis Şöbəsində araşdırma aparılır.

***10.48

Xalq artisti Ağadadaş Ağayev aralarında yaranmış mübahisə zamanı tanışına balta ilə xəsarət yetirib.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə Binəqədi rayonu ərazisində baş verib.

Yaralanan şəxsin vəziyyətinin ağır olduğu bildirilir.

BAKU.WS

Seçilən
149
14
far.az

10Mənbələr