İsrailin kibertəhlükəsizlik şirkəti “Wiz” ilə “Google” arasındakı müqavilə ləğv edilib.

İndex.az xəbər verir ki, İsrail şirkəti 23 milyard dollarlıq satınalma danışıqlarını dayandırıb və müqaviləni ləğv edib.

“Wiz”in baş direktoru Assaf Rappaport, satın alma təklifi haqqında verdiyi açıqlamada bildirb ki, belə bir təklifə yox demək çətindir, amma bu qərarı verməkdə əminəm.